Şəhid mayor ziyarət olundu – FOTOLAR

Ehtiyatda olan bir qrup hərbi qulluqçu mayın 30-da erməni silahlı bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan mayor Aqil Akif oğlu Omarovun məzarını ziyarət edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutmuş ziyarətə ehtiyatda olan bir qrup hərbi qulluqçu, hərbi ekspertlər və Qarabağ qaziləri qatılıb. Onlar Qax rayonunun Lələpaşa kəndində A.Omarovun yas mərasimində iştirak edib, şəhidin ailə üzvlərinə və yaxınlarına baş sağlığı veriblər.
Daha sonra şəhidin məzarı ziyarət edilib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli şəhidin məzarı başında çıxış edərək A.Omarovun Azərbaycanın ərazi bütövlüyünün qorunmasındakı xidmətlərindən danışıb. A. Omarovun vətən uğrunda şəhid olduğunu qeyd edən E.Həsənli onun xatirəsinin hər zaman hörmətlə yad ediləcəyini bildirib.
Daha sonra çıxış edənlər – Milli Qəhrəman Vahid Quliyev, Qarabağ qaziləri Hikmət və Anar Məmmədovlar şəhidimizin qisasının qıza müddətdə alınacağını bəyan ediblər.
apa

Yeganə

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.