Səhiyyə naziri qəbul keçirdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.

XALQ.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, növbəti belə qəbul dekabrın 7-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında keçirilib. Qəbul zamanı nazir Oqtay Şirəliyev Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçaladan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və digər bu kimi məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan problemlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Orxan