Səhiyyə Nazirliyi kimi aldadır- Xəstələri, yoxsa?

Azərbaycan Səhiyyə Nazirliyi şəkərli diabet xəstələri ilə insulinin təmin edilməsi problemini aydınlaşdırıb.

Səhiyyə Nazirliyinin tibbi yardım şöbəsinin müdir müavini Nabil Seyidov  mətbuata  bildirib ki, ötən ay ərzində xüsusi tədbirlər nəticəsində insulin xəstələrini təmin etmək problemi aradan qaldırılıb.Seyidov qeyd edib ki, Səhiyyə Nazirliyi kifayət qədər insulin əldə edib. Şöbə müdirinin müavini deyib ki, bu dərmanın olmaması barədə məlumat etibarsızdır.”Kimsə süni şəkildə bir insulin çətinliyi problemi yaratsa, bu qəbul edilə bilməz. Dərmanların xaricdə satın alınması səbəbindən onları təslim etmək üçün vaxt lazımdır. Buna görə, il ərzində  dərmanları ilə təmin olunmaqla müəyyən çətinliklər yaranır “, – Seyidov deyib.Şöbə müdirinin müavini görə, hazırda insulinin təmin edilməsi ilə bağlı problem yoxdur.

Qeyd edək ki, bir müddət öncə  XALQ.AZ-ın əməkdaşının araşdırmalarına görə paytaxtda və bölgələrdə  şəkərli diabet xəstələri üçün dövlət tərəfidən təmin edilən  insulin  dərmanların verilməsində problemlər yaranıb. (xəbər LİNKDƏ) Səhiyyə Nazirliyinin tibbi yardım şöbəsinin müdir müavini Nabil Seyidov  mətbuata  açıqlamasında bildirib ki, xaricdən alınan dərmanları ölkəyə gətirmək üçün zaman lazımdır. Artıq öz açıqlamasında etriaf edir  ki, dərmanların verilməsində  problemlər yaranıb lakin  bildirir  ki, hal -hazırda   dərmanların verilməsi ilə bağlı problem yoxdur. Nabil Seyidov açıqlamasında həmçinin qeyd edib ki,ötən ay ərzində xüsusi tədbirlər nəticəsində insulin xəstələrini təmin etmək problemi aradan qaldırılıb. Demək problem olub ki, aradan qaldırılıb.   Amma araşdırmalarımıza görə paytaxtda və bölgələrdə xəstələrə dərmanlar növbələr ilə verirlir, və gecikən yaşlı nəsil  xəstələr isə  artıq pulları olmadığı üçün təqaüdlərini aldıqdan sonra öz vəsaitləri ilə almağa məcbur olurlar. Şəkərli diabet xəstələri  üçün verilən şəkər ölçən aparat isə 500-800 manat qiyməti ilə satışdan əldə etmək məcburiyyətindədirlər. Belə ki, polikninikalara müraciət edən  xəstələrə “Aparat yoxdur gözləyin nə vaxt nazirlik versə sizə verərərik “bildirilir. Lakin şəkərli diabet xəstələri hava-su kimi lazım olan həm aparat, həmçinin dərmanlar lazımi qaydada təmin edilmir,edilirsədə polikninikalarda xəstələrə verilmir.  Bildirir ki, xəstələr aparat verilmədiyi üçün şəkərlərini ölçmək üçün polikninikalara və yaxud apteklrər müraciət etmək məcburiyyətindrirlər. Şəkər ölçmək üçün müraciət isə yerlərdə yerləşən polikninikalarda 2-5 manat qiyməti ilə həyata keçirilir. Bu da Səhiyyə Nazirliyinin  növbəti biznes strategiyasının daha bir növüdür.

Səhiyyə nazirliyinə eyni sualla müraciət etsək  cavab verən olmadı .

Səkərli diabet xəstələri üçün ayrılan dərman və preparatlarının polikninikalarda  hansı yolla əldə olunmasını araşdırmalarımızda  davam etdirəəcəyik.

// XALQ.AZ