Səidə saçlarını çəhrayıya boyadı

XALQ,AZ xəbər verir ki, müğənni Səidə Sultan sosial şəbəkədə yeni fotolarını paylaşıb. Sənətçi görünüşünü dəyişib. Bir müddət əvvəl saçlarını çəhrayıya boyayan Səidə fərqli makiyaj və saç düzümü etdirib.

Onun yeni görünüşü üzərində vizajist Nigar İbrahimova çalışıb. Sosial şəbəkə izləyiciləri S.Sultanın fotolarını müzakirə ediblər. Onlar sənətçiyə bu stilin çox yaraşdığını vurğulayıblar. Bir çoxları isə Səidəni tanıya bilmədiklərini yazıb.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir