Şəmkirdəki toya görə icra nümayəndəsi işdən çıxarıldı

Şəmkirdə kiçik toy məclisi keçirilməyə cəhd edilən kəndin icra nümayəndəsi işdən azad edilib. 

XALQ.AZ-ın Rayon İcra Hakimiyyətinə istinadən məlumatına görə, başçının Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu həmin hadisə ilə əlaqədar RİH başçısı yanında Operativ Qərargaha vaxtında məlumat verə bilmədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.