“Sənətimdən danışmaq sənin başın üçün deyil”

XALQ.AZ  xəbər verir ki, Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə aparıcı Zaur Kamal arasında efirdə gərgin anlar yaşanıb.
Musiqiçi həmkarı Zahid Əliyeva onunla bağlı sual ünvanladığı üçün Zaura əsəbiləşib. “Hər aparıcının başı üçün deyil mənim sənətim haqda rəy bildirsin” deyən, Hüseynə aparıcı “Səni mən efirə çağırıb, tanıtmışam” cavabını verib.
Hüseyn “5/5” verilişində bildirib ki, Zaurun Z.Əliyevə sual verməsinə inciyib:
“Gözəl sual vermisən, amma ağlı başında olana versən, gözəl qəbul edərəm. Peşəkarlara mənimlə bağlı sual verin. İnsanlığım haqda danışa bilərsən. Sənətim haqda mənim qədər bilmirsən”.
Efirdə Hüseynin mikrofonunu bağlayıblar. Musiqiçi “Açmasanız, çıxıb gedəcəm efirdən” deyib:
“Bütün aparıcılara qadağa qoyuram: mənim nə yaxşılığımdan, nə pisliyimdən danışsınlar. Sənin üçün Zahid deyiləm. Efirə çıxarmağını, mənə yaxşılığını başıma vurursan. Nə yaxşılıq etmisən, pula çevir ödəyim, canım qurtarsın”.
Orxan