Sərhədlər 30 sentyabra qədər bağlı qalacaq

serhed 2

“Xüsusi karantin rejimi 30 sentyabra qədər uzadılıb. Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar sərhədləri də əhatə etdiyindən Nazirlər Kabinetinin bu günkü qərarında bununla əlaqədar spesifik müddəa əksini tapmayıb”. 

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, nəticə etibarilə beynəlxalq yükdaşımalar xaric, həmçinin Azərbaycan vətəndaşlarının təxliyə edilməsi, yaxud da xüsusi ehtiyacı olan, Azərbaycan vətəndaşları ilə müəyyən qohumluq əlaqələri olan və ya hansısa xüsusi bir sahədə çalışan xarici ölkə vətəndaşları istisna olmaqla, Azərbaycanın quru sərhədləri qapalı olmaqda davam edəcək. Yəni sərhədlərin bağlı olma rejimi qüvvədə qalmaqda davam edir”.