Sərt karantin rejimi bu şəhərlər və rayonlara aiddir – Siyahı

karantin5

Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək  uzadılır. 

Operativ Qərargahdan XALQ.Az-a verilən məlumata görə, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq.