Səbaildə hesabat

 

Səbail rayonunda hesabat tədbiri keçirilib  FOTOLAR

Səbail rayonunda 2016-cı ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2017-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub. XALQ.AZ-ın xəbərinə görə, yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və digər qonaqlar iştirak ediblər

Hesabat tədbirində ilk çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan naliyyətlər barədə məlumat verib, il ərzində rayonda görülən işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. O bildirib ki, ölkəmizin yerləşdiyi region da daxil olmaqla dünya ölkələrində təhlükələr, risklər, təhdidlərin artmasına, qanlı münaqişələr, müharibələrin davam etməsinə, dünyada hələ də davam edən və dərinləşən iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatının inkişafı ötən ildə də davam edib. Onun sözlərinə görə,  bu inkişafın təməlində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan  və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən uğurlu siyasət dayanır: “Ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Səbail rayonunun simasında da aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Səbailin sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır”.

Tədbirdə ötən il Səbail rayonunda görülən işərdən bəhs edən film nümayiş olunub.

Daha sonra icra başçısının müavini Eldar Ağayev ötən il Səbail rayonunda görülən işlər barədə məlumat verərək bildirib ki, rayonun iri sənaye müəssisələri tərəfindən 19 milyard 987,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % çox məhsul istehsal edilmiş, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 426,7 milyon manat və ya 12,1 faiz çox olub.  Onun sözlərinə görə,  hesabat ilində rabitə müəssisələri tərəfindən görülən iş və xidmətlərin dəyəri 122.7 milyon manat, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 8 milyard 200.2 milyon manat və ya 16,2 faiz çox, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 5.547,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.2 faiz çox olub: “2016-cı il üzrə Səbail rayonunda çalışan işçilərin sayı 113978 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1371.9 manat olub ki, bu da əvvəlki illə müqayisədə 20.2 % çoxdur. Ötən il Səbaildə 4085 yeni iş yeri açılıb ki, bunlardan 3805-i daimi iş yerləridir. Ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.01.2017-ci il tarixinə kimi rayonda 52325 yeni iş yeri açilmışdır ki, bunun da 48857–i daimidir. Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsi tərəfindən rayon üzrə ümumilikdə 119 ailəyə (451 ailə üzvü) orta hesabla 146,27 manat məbləğində Ünvanlı Sosial Yardım təyin olunub. Bundan başqa, ötən il Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən isə 155 nəfər işaxtaran vətəndaşdan ibarət olmaqla müxtəlif peşə kursları açılıb. Bu kurslara cəlb olunanların 55 nəfəri gəncdir”.

E. Ağayev  həmçinin qed edib ki, 2016-cı ildə ölkə başçısının təşəbbüsü ilə rayonda tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılmış, tam yenidənqurmaya ehtiyacı olan yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 9-dan çox müasir layihə işlənib təsdiq olunub.

Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmiş və rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyəti “qənaətbəxş” qiymətləndirilib.

Yığıncağın sonunda iştirakçılar adından Ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.