Sədr: “Karantin rejimi qaydalarına etinadsızlıq göstərilir”

“Son vaxtlar koronavirusa yoluxanların sayında artım müşahidə edilir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, buna səbəb bəzi vətəndaşlar tərəfindən sanitariya və epidemiya əleyinə rejimin, sanitariya və gigiyena, karantin rejiminə ciddi riayət edilməməsidir.

“Bu qaydalara bir sıra hallarda etinadsızlıq göstərilir. Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb”.