Səfər Əbiyevdən xəbər var

02

 

Səfər Əbiyev  25 min manatlıq qoz, fındıq, 49 min manatlıq  şokalada alıb.

Azərbaycan Müdafiə Nazirliyinə Zakir Həsənovun rəhbər gətirilməsindən sonra orduda bəzi dönüşlərin olacağı istisna edilmirdi. Hələlik yeni nazirin dövüründə hərbi hissələrdə əsgərlərin qeyri-döyüş şəraitində dünyasını dəyişməsi halları demək olar ki, qeydə alınmayıb.

Keçmiş nazir Səfər Əbiyevin vaxtında keçirilmiş tenderlərin bir neçəsi ilə bağlı xərclənmiş vəsaitləri ilə bağlıdır. Həmin tenderlərin bir neçəsi olduqca maraqlı məmulatların alınmasını ehtiva edir ki, bu da diqqəti çəkməyə bilməz. Məsələn, indiyə qədər Azərbaycan Ordusunda qulluq etmiş əsgər və ya zabit ona hərbi hissədə qoz-fındıq və ya şokoladın verildiyini deyə bilməz. Amma Səfər Əbiyevin vaxtında təkcə bu il hər iki məhsul üzrə heç də kiçik olmayan məbləğlər xərclənib.

Xalq.az xəbər verir ki, bu ilin 9 ayı ərzində Müdafiə Nazirliyi «Abşeron Qida» MMC-dən 49200 manatlıq şokoladın satın alınmasını həyata keçirib. Nazirlik həmçinin qoz və fındıq ləpəsi də almağı da unutmayıb. Və bu məqsədlə «Elvin KTF» MMC-yə 24270 manat pul xərcləyib.

Hərçənd sözügedən nazirlik portağal da alıb ki, bunun kimə ayrılacağı bizim özümüz üçün də qaranlıqdır. «OR-ZEY» LTD vasitəsi ilə alınmış məhsula isə 24552 manat pul sərf olunub.

Bu satınalmalara kənardan baxan elə zənn edər ki, Azərbaycan Ordusunda qulluq edən əsgərlər cənnət həzzini yaşayırlar. Onlara şokolad, qoz-fındıq, hətta portağal verildiyini görən ermənilər yəqin ki, başlarına döyüb, ahu-vay edirlər. Amma bunlar sadəcə, sənəd üzərində olanlardır. Real həyatda isə əsgərlərimiz nə qoz-fındıq yeyə bilir, nə şokoladdan xəbəri var, nə də portağal üzü görürlər. Bütün bunlar yəqin ki, generalitet üçün alınmış məhsullardır. Axı, onların «təminat»ları və «qazanc»ları çox aşağıdı.Jam.az