Səfər Mehdiyev sərəncam imzaladı

Dövlət Gömrük Komitəsi (DGK) Növruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
XALQ.AZ xəbər verir ki, bu barədə  Komitədən bildirilib. 
Məlumata görə, DGK-nın sədri Səfər Mehdiyevin sərəncamına əsasən, bayramla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejiminə keçəcək.
Orxan

Comments are closed.