Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha bir videoçarx hazırlayıb

Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha bir vətənpərvərlik çarxı hazırlayıb.

XALQ.AZ xəbər verir  ki, qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi işinin mükəmməl təşkili məqsədilə hazırlanmış videoçarxda qulluğundan, vəzifəsindən asılı olmayaraq, hər kəsin Vətənin müdafiəsinə hər an hazır olması qısa, lakin mənalı şəkildə ictimaiyyətə təqdim edilib.

 

Orxan