Səfir əllə görüşmək istədi, Ərdoğan “korona” dedi – VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğan martın 10-da Albaniya Respublikasının Türkiyəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri etimadnaməsini qəbul edib.

XALQ.AZ xəbər verir ki, Türkiyə prezidenti səfir Kastriot Ribonu etimadnaməsini qəbul edərkən onunla əllə salamlaşmaqdan imtina edib. Səfir görüşmək üçün əlini Ərdoğana uzatdıqdan sonra ölkə başçısı “Korona” deyərək öz əlini sinəsinin üstünə qoyaraq salam verib.

XALQ.AZ