Səfir Lerikdə

2

 

Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas sentyabrın 22-də Lerik rayonunda səfərdə olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, səfər zamanı qonaq Lerik şəhərindəki Heydər Əliyev Mərkəzinə və “Uzunömürlülər” muzeyinə baş çəkərək eksponatlarla, rayonun uzunömürlü sakinləri və zəngin tarixi keçmişindən bəhs edən sənədlərlə tanış olub.

 

Daha sonra Dimitrios Tsounqas Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırovla görüşüb. İcra başçısı səfirə rayonun sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verib.

 

D.Tsounqas Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat yaratdığını qeyd edərək, bu prosesin Lerik rayonuna da təsirsiz ötüşmədiyini bildirib.

 

Görüş zamanı səfir D.Tsounqas icra başçısı R.Bağırova Yunanıstan haqqında kitab hədiyyə edib. R.Bağırov isə öz növbəsində Yunanıstan səfirinə yerli sakinlər tərəfindən hazırlanmış sənətkarlıq nümunələrini bağışlayıb.

 

Lerikdə olduğu müddətdə D.Tsounqas rayonun bir sıra kəndlərində olub, ərazinin füsunkar təbiətinin onu valeh etdiyini diqqətə çatdırıb.

 

3 4