Səfirlərimiz təcili Bakıya çağrıldı

Məlumata görə,  Xarici İşlər Nazirliyi Bakıda yubiley tədbiri keçirəcək.

İyulun 9 Azərbaycan diplomatlarının peşə bayramı günü kimi  qeyd edilir.  Həmin gün diplomatlar Şəhidlər və Fəxri xiyabanları ziyarət edəcəklər.  XALQ.AZ-a daxil olan məlumata görə, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan tədbir üçün ölkəmizin səfirləri Bakıya çağrılıblar. Prezident İlham Əliyevin   Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçirləcək.  Məlumata görə, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək.
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan tədbirdə ölkə başçısı İlham Əliyevin iştirakı gözlənilir.

 XALQ.AZ