Səhərki döyüşlərdə polkovnik də şəhid olub

Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı general-mayor Həşimov Polad şəhid olub.

XALQ.AZ-ın məlumatına görə, onunla yanaşı polkovnik İlqar Mirzəyev də qəhrəmancasına şəhid olub

Bu barədə xəbəri jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təsdiqləyib.