Şəhid olan hərbçimizin fotosu

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

XALQ.AZ-ın məlumatına görə, 38 yaşlı E. Məmmədov Tovuzun Qaziqulu kəndindəndir.

Evlidir, 3 oğlu var.