“Səhiyyə işçiləri bəzən getdiyi yerdə nə ilə qarşılaşacağını bilmir”

“Bu gün pandemiya ilə mübarizə çərçivəsində səhiyyə işçilərinin gördüyü işlər yüksək qiymətləndirilir”. 

XALQ.AZ-ın xəbərinə görə, bunu millət vəkili Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən bildirib.

O deyib ki, bu gün xidməti və professional işlərini yerinə yetirməklə bağlı zor tətbiq etmə, zor tətbiq etmə ilə xəsarət yetirmə halları baş verir: “Səhiyyə işçiləri bəzən getdiyi yerdə nə ilə qarşılaşacağını bilmir. Bu reallığı qəbul etmək lazımdır. Bu gün bütün millət vəkilləri, Milli Məclis olaraq bu məsələyə qarşı Cinayət Məcəlləsində olan məsələyə düzəliş etməliyik. Bununla Azərbaycan səhiyyəsinin gələcəkdə daha çox inkişafına təkan verəcəyik. Bu məsələnin Milli Məclisin aidiyyəti komitəsində gündəmə gətirilməsini xahiş edirəm. Azərbaycan səhiyyə işçisi bu gün və bundan sonra da öz üzərinə düşən vəzifələri yerinə yetirəcək”.