Səidə Dadaşova həbs olunub?

Ötən gün sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında mərhum Xalq artisti Rafael Dadaşovun sənətçi qızı Səidə Dadaşovanın həbs olunması haqda xəbərlər yayıldı. Şok iddialara görə sənətçi insan alveri ilə məşğul olduğu üçün barəsində cinayət işi açılıb və həbs edilib.

XALQ.AZ xəbər verir ki, Səidə Dadaşova yayılan xəbərlərə öz “İnstagram” səhifəsində münasibət bildirib. O, videomüraciət yayaraq, hazırda Astarada çəkiliş meydanında olduğunu deyib: “Yanlış xəbərlərə inanmayın. Doğrunu yalnız mənim dilimdən eşidə bilərsiniz”.

Səidə Dadaşova bu cür xəbərlərin yayılmasında anasını səbəbkar bilib: “Səidə Dadaşova həbs olunması xəbərindən danışdı: “Ana da öz övladına şər atarmı? İndi anladınızmı ki, atam dünyasını dəyişdikdən sonra nələr baş verdi, kimlər üstümə qalxdı? Əslində bilirsiniz ki, bu yazılar kim tərəfindən həyata keçirilir. Adam da dünyaya gətirdiyi, öz doğma balasına şər-böhtan atarmı?


Ana var ki, pisi ört-basdır edir, ana da var ki, olmayan şeyləri qızının adına çıxardır, şər-böhtan atır”.

Qeyd edək ki, Səidə Dadaşova ilə anası Sədaqət Dadaşova uzun müddətdir ki, soyuq münasibətdədirlər. Atası Rafael Dadaşovun vəfatından sonra sənətçi anası haqda qalmaqallı fikirlər səsləndirmişdi.