Şəki seçiciləri “İlhamla irəli” deyir

XALQ.AZ xəbər verir ki, 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə 400 nəfər səhiyyə və mədəniyyət işçiləri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq, prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü nəhəng işlərdən danışıb: “Prezident İlham Əliyevin müdrik, məqsədyönlü siyasəti nəticəsində, son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. O, əmin olduğunu bildirib ki, səhiyyə və mədəniyyət işçiləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ŞREM-in direktoru Yusif Şükürlü və YAP Şəki rayon təşkilatı aparatının baş məsləhətçisi Kamil Məmmədov çıxış edərək, prezidentliyə namizəd Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə gördüyü xeyirli, gərəkli fəaliyyətindən danışıb və seçiciləri bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirdə seçicilər adından çıxış edənlər artıq öz seçimlərini etdiklərini və 11 aprel tarixində xalqımızın layiqli oğlu Cənab İlham Əliyevə səs verəcəyini bildiriblər.

Elgün