Şəki Xan Sarayı gələn həftədən turistləri qəbul edəcək

“Şəki Xan Sarayı gələn həftə turistlərin istifadəsinə veriləcək”

Bunu  açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib. Agentlik rəsmisi deyib ki, bu həftəsonu xarici və yerli mütəxəssislərin, müvafiq dövlət qurumlarının iştirakı ilə əraziyə baxış keçiriləcək.
Gələn həftədən başlayaraq Şəki Xan Sarayı turistləri qəbul edəcək.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

 

Orxan