Şəkidə aksiya keçirilir-FOTO

14

 

Yanan bazarda çalışan sahibkarlar İcra Hakimiyyətinin qarşısına toplaşıblar

Bir neçə gün bundan əvvəl Şəkidə bazarın yandığına dair məlumat vermişdik. Yanğın nəticəsində 1200 kv.metr sahədə yerləşən bütün dükanlar malqarışıq yanıb. Eyni zamanda, hadisənin yeni Ticarət Mərkəzinin açılış mərasimi ərəfəsində baş verməsi şübhələrə yer açmışdı. Rayon sakinlərinin gümanına görə, işin içində icra başçısı Elxan Usubovun əli ola bilər.

Verilən məlumata görə, bu gün Şəkidə dükanları yanmış şəxslər etiraz aksiyası keçiriblər. Bildirilir ki, əvvəlcə yanmış bazarın qarşısında, daha sonra isə İcra Hakimiyyətinin önündə aksiya keçirən sahibkarlar yanan mallarına və dükanlarına görə konpensasiya tələb edirlər. Onlar aksiyaların davam edəcəyini və haqları bərpa olunana qədər mübarizədən çəkilməyəcəklərini bəyan ediblər. Aksiyanın hazırda davam etdiyi deyilir.