Şəki Mədəniyyət və Turizm şöbəsinin müdirinin yeni usulları

8

Mirvari Zeynalovanın  9 aylıq “uğurlu” fəaliyyəti 200 min manat başa gəlib?

 

 Şəki Mədəniyyət və Turizm şöbəsinin müdiri  Mirzavri Zeynalova   büdcədən ayrılmış vəsaitləri silmək üçün yeni usullar həyata keçirib. Büdcə vəsaitlərini dağıtmaq üçün həyata keçirilən işlərin isə böyük əksəriyyətində olduqca ciddi qüsurlar diqqəti çəkir. Məsələn, eyni ad altında bir neçə dəfə vəsait almaq üçün müraciətlərin edilməsi və ya tenderlərin təşkil olunması bu qəbildəndir.   Şəki  rayon Mədəniyyət və Turizm Şöbəsi də büdcə pullarının talan edilməsi prosesindən kənarda qalmayıb. Şöbənin müdiri Mirvari Zeynalova aprel ayında vəzifəyə təyin olunmasına baxmayaraq rəhbərlik etdiyi şöbənin xətti ilə  nə az nə çox 200 000 min manatın axırına çıxıb. Belə ki, şöbə müdiri büdcədən götürdüyü pulları nəyə xərclədiyini özü yaxşı bilir. Araşdırmalar nəticəsində bəlli olub ki, Şəki rayon Mədəniyyət və Turizm şöbəsi avadanlığın satın alınması adı altında “Göydələn-B” MMC-ə 42 000 manat  vəsait ayırıb. Yumuşaq inventarların alınması üçün“Qartal-96” MMC “-ə  18 692 manat, eyni “Qartal-96” MMC-ə  mətbəə xidmətlərinin satın alınması uçun 6000 manat,alverləri yaxşı tutan  “Qartal-96” MMC “-ə  digər alışlar və xidmətlərin satın alınması uçun yenidən 8000 manat,avadanlıqların satın alınması “Göydələn-B” MMC-ə 42 000 manat, Soba (odun) yanacağının satın alınması uçun “Velaton” MMC-ə 44500 manat, idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması “Azər Texno Servis” MMC-ə 13 500 manat yenidən “Azər Texno Servis” MMC-ə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması 34 000 manat pul ayrılıb, daha da maraqlısı iddialara görə ailə üzvlərinə məxsus olan “Almaz-CS” MMC- ə sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün 20 000 manat pul ayrılıb.  Əslində, burada korrupsiya elementlərini axtarmaq elə də çətin məsələ deyil. Məsələn, «avadanlıq»  adı altında götürülmüş pulların təyinatı belə məlum deyil. O ki, qaldı idarənin diğər xərclərinə.

 

 

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

span style=”color: black;”