Şəmkirdə torpaqlar vətəndaşların əlindən alınır

59

Şəmkirdə  rayonunda vəziyyət getdikcə pisləşir. Rayonun rəhbəri Nazim Veysov  camaatın başına min bir oyun açmaqla yanaşı, həm də bir sıra imkanlarının əldən çıxmasına gətirib çıxarıb.

 

Torpaqlar hərraca çıxarılıb

 

İcra başçısı Nazim Veysov  həyata keçirdiyi «islahat»lar nəticəsində durumu pisləşən Şəmkir camaatının torpaqları da əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri ilə əlbir olaraq, torpaq sahələrini satmaqla məşğuldurlar. Vəziyyətin dözülməzliyi o həddədir ki, camaat 1 ildir özlərinə yaşayış evləri tikmək üçün müraciət ediblər, lakin onlara cavab verən yoxdur. Daha doğrusu, torpaq sahələrinin ayrılma məsələsində pul tələb olduğundan camaat nə edəcəyini bilmir.

 

Gələn məlumatlarda qeyd olunur ki, Şəmkir İcra Hakimiyyəti məsuliyyəti boynundan atmaq üçün günahı Dövlət Torpağ və Xəritəçəkmə Komitəsnin üzərinə yıxır. Belə ki, İcra Hakimiyyəti iddia edir ki, komitədən  onlara torpaq sahəsi ayırmayıb. Halbuki icra başçısı Nazim Veysov bələdiyyə sədrləri ilə torpaq sahələrini satmaqla məşğuldur və bu səbəbdən də hazırda torpaq problemləri yaranır. Camaatın isə tələbi odur ki, icra başçısı satdığı torpaq sahələrini əsl sahiblərinə versin. Əks təqdirdə, onlar Bakıya yürüş etmək məcburiyyətində qalacaqlar.

 

Sahibkarların  fəaliyyətnə maneələr yaradılır

 

Şəmkirin  icra başçısı Nazim Veysov həmçinin rayonda sahibkarlara da söxöşdırır. Vaxtaşırı onlardan pul tələb edən icra başçısı, hətta günün birində onlarla toqquşmalı da olmuşdu.

Amma bu hadisədən sonra bir çoxları elə zənn edirdi ki, Nazim Veysov  nəticə çıxaracaq. Amma gözlənilənlərin tam tərsi baş verir. Belə ki, bu gün də icra başçısı sahibkarları bir araya gətirərək, onlardan pul tələb etməkdə davam edir. Artıq durum o qədər qəlizləşib ki, sahibkarlar da bezib. Onlar artıq pul verilməsinə etiraz edərək, icra başçısına qarşı çıxırlar. İcra başçısı isə onları «ələ almaq» üçün müxtəlif variantlara əl atır. Həmin variantlardan biri də polisin vasitəsi ilə sahibkarlara təzyiq edərək, onlardan pul qoparmaqdır. Artıq rayonda bəzi sahibkarlar bu sıxışdırlma planın qurbanına çevriliblər.

 

Şəmkirdə yoxlam olacaq  

 

Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov ciddi yoxlamadan keçəçək. Mənbənin iddialarına görə, Şəmkir icra başçısı külli miqdarda yeyinti faktına görə hədəfə çevrilib. Onunla bağlı konkret şikayət əsasında araşdırma aparılıb. Eyni zamanda Hesablama Palatasının büdcədən ayrılan dövlət vəsaitinin təyinatı üzərə xərclənməsi işini təftiş etməsi gözlənilir. 

 

 

 

Qarşı tərəfindən də mövqeyini dərc etməyə hazırıq.