Səmranın elə fotoları yayıldı ki

“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli sosial şəbəkədə yeni fotosunu paylaşıb.

XALQ.AZ xəbər verir ki, müğənninin bu fotosu da tənqid edilib. Buna səbəb isə onun alt geymində olması göstərilib.

İzləyicilər fotoya onlarla şərhlər yazıblar. Onların arasında əsasən, “Belə geyim ayıbdır”, “Uşaqlardan, başqalarından utanın” sözləri yer alıb.

Səmra oxşar fotolarını daha əvvəl də paylaşıb. O, tənqidlərə baxmayaraq açıq-saçıq geyimlərdə fotolar çəkdirməkdən çəkinmir. Gənc müğənni ümumiyyətlə bu tərzdə geyimləri sevir.