Sərhəddə dəhşətli olay-Atəş açıldı-Video

Karantin rejimi ilə əlaqədar qadağa səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşları Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşıb.

Son günlər onlar faktiki olaraq Dərbənd rayonunun Qullar qəsəbəsi yaxınlığında küçədə qalıblar.

Sosial şəbəkələrdə isə “Sərhəddə qalan Azərbaycan vətəndaşına Dağıstan polisi atəş açıb” başlığı altında video yayılıb. İddia olunur ki, polis kütləni dağıtmaq üçün havaya atəş açıb.

XALQ.AZ xəbər verir ki, xəsarət alanlar və hadisənin təfərrüatları barədə hələlik məlumat yoxdur.

Karantin rejimi ilə əlaqədar  qadağa səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşları Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşıb.

Son günlər onlar faktiki olaraq Dərbənd rayonunun Qullar qəsəbəsi yaxınlığında küçədə qalıblar.

Sosial şəbəkələrdə isə “Sərhəddə qalan Azərbaycan vətəndaşına Dağıstan polisi atəş açıb” başlığı altında video yayılıb. İddia olunur ki, polis kütləni dağıtmaq üçün havaya atəş açıb.

Xəsarət alanlar və hadisənin təfərrüatları barədə hələlik məlumat yoxdur.

XALQ.AZ