“Sərkisyanın psixikası pozulub”

 

35

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, qurumun Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın Qarabağ danışıqlarında davranışlarını şərh edib.

XALQ.AZ saytının məlumatına görə PA rəsmisi özünün twitter səhifəsində Serj Sərkisyanın psixikasının pozulduğunu yazıb.

“Son 1 ayda münaqişənin həlli ilə bağlı Sərkisyanla keçirilmiş 2 görüşdə belə 1 qəti qənaətə gəlmişəm ki, onun psixi durumu bərbad vəziyyətdədir. Ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki,  onun işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur”,-deyə Novruz Məmmədov bildirib.