Şərnişin daşınmada qiymətlər qalxdı

87

 

 

Nəqliyyat sektorunda qiymətlər bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitədən verilən məlumatda deyilir ki, ötən ay sərnişin daşınmada qiymətlərin bahalaşması müşahidə edilib. Lakin yükdaşıma tarifləri 3,4 faiz ucuzlaşıb.

Xəbərdə qeyd edilir ki, dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,4 faiz ucuzlaşıb, tranzit üzrə 4, ixrac və idxal üzrə isə 0,2 faiz bahalaşıb. Dəmiryol nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,4 faiz ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,2 və 2,2 faiz bahalaşıb.

Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 5,5 faiz ucuzlaşma müşahidə edilib.