Sərnişin qatarında bomba həyacanı

04

 

Rusiya təhlükəsizlik qüvvələri qatarda axtarış əməliyyatları aparırlar.

Kotlas-Arxangelsk istiqamətində hərəkət edən sərnişin qatarına partlayıcı maddə qoyulması xəbəri sərnişinlər arasında ajotaja səbəb olub.

ANS PRESS-in “İtar-Tass”-a istinadla verdiyi xəbərə görə, 372 saylı marşrutla hərəkət edən qatar stansiyaların birində dayandıqdan sonra çağırışa gələn Rusiya FHN-nin əməkdaşları sərnişinləri evakuasiya ediblər.

FHN-nin və DİN-nin əməkdaşları sərnişinləri köçürdükdən və stansiyanı bağlı elan etdikdən sonra qatarda axtarışlara başlayıblar və hazırda axtarış əməliyyatı davam edir.