Sərnişin təyyarəsi qəzaya uğradı – Ölənlər və yaralananlar var (VİDEO)

Rusiya Federasiyasının Buryatiya Respublikasında An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Hadisə nəticəsində 2 pilot həlak olub, 22 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib, digərləri yaralananlar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxıb və binaya çırpılıb. Təyyarə bundan sonra yanmağa başlayıb.

 

XALQ.AZ

Yeganə