Sərt karantin bazar günündən başlayır

Bu həftənin cümə və şənbə günləri ciddi karantin rejimi tətbiq edilməyəcək.

XALQ.AZ-ın xəbər verir ki, bu barədə məlumat Operativ Qərargahın brifinqində verilib. 

Bildirilib ki, bunun əvəzində bazar günü – 21 iyun saat 00:00-dan başlayaraq iyul ayının 5-i saat 06:00-dək 
Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

Bu müddət ərzində vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər.