Səsvermədə qadınlar da fəallıq nümayiş etdirirlər

Bələdiyyə seçkiləri Şəki-Zaqatala bölgəsi rayonlarının seçki məntəqələrində seçicilərin fəallığı şəraitində davam edir.

Səsvermə prosesində qadınlar da fəallıq nümayiş etdirirlər.

113 saylı Şəki şəhər seçki dairəsinin tərkibinə daxil olan 19 saylı seçki məntəqəsində səs verən pensiyaçı Ədaliyyə Nəsibova  bölgə müxbirinə müsahibəsində məntəqədə yaradılmış şəraitdən razı qaldığını, səsvermənin demokratik şəraitdə, şəffaf keçdiyini, sərbəst şəkildə öz seçimini etdiyini, arzuladığı namizədlərə səs verdiyini bildirib.

Həmin məntəqədə səs verən müəllimə Gülsüm Rəhimova da məntəqəyə böyük ruh yüksəkliyi ilə gəldiyini vurğulayıb.

115 saylı Şəki kənd ikinci seçki dairəsinin tərkibində fəaliyyət göstərən seçki məntəqələrində də bələdiyyə seçkiləri qanunvericiliyin tələblərinə uyğun davam etdirilir. Dairə seçki komissiyasının sədri Rasim Əzizovun verdiyi məlumata görə, bu dairə üzrə 19 bələdiyyəyə 173 nəfər üzv seçiləcək. Mübarizə aparan namizədlərin sayı isə 602 nəfərdir.

Dairənin tərkibinə daxil olan 37 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edən şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Abdullayeva, pensiyaçı Lətafət Məmmədova və başqaları da seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar.

Orxan