Səudiyyə Ərəbistanı müqəddəs məkanlara ziyarəti dayandırdı

Səudiyyə Ərəbistanı müvəqqəti olaraq Məkkəyə ümrə ziyarəti, həmçinin Mədinə şəhərində Peyğəmbər məscidinə getmək üçün ölkəyə girişi dayandırıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

Bundan əlavə, koronavirusun yayılması təhlükəsi olan ölkələrə turist vizalarının verilməsi də dayandırılıb.

Qeyd edək ki, 39 ölkədə 80 988 koronavirusa yoluxma halı qeydə alınıb. Bunlardan 96,5 faizi Çində müəyyən edilib.