Saakaşvili Ukraynaya qayıdır

Gürcüstanın eks-prezidenti, keçmiş Odessa qubernatoru Mixayil Saakaşvili Ukraynaya geri dönməyə hazırlaşdığını bəyan edib.

XALQ,AZ xəbər verir ki,  Yaxın zamanda Ukraynaya qayıtmağa hazırlaşdığını deyən Saakaşvili, diaspora üzvləri və ukraynalı tələbələrlə görüşlər keçirdiyini diqqətə çatdırıb.

“Mən bir çox Avropa şəhərlərinə səfər edirəm, müxtəlif insanlarla görüşürəm. Yaxın günlərə bir sıra görüşlər təyin olunub. Bir neçə gündən sonra Avropanın turizm institutlarında təhsil alan ukraynalılardan ibarət böyük qrupla görüşəcəyəm.

Ukrayna diasporunun dəstəyi ilə, Avropanın turizmlə bağlı bir neçə təhsil müəssisəsinin tələbələrini bir araya gətirib, Ukraynada turizmin perspektivləri ilə bağlı seminar keçiririk.  Mənim bu sahədə böyük təcrübəm var, çünki Gürcüstanda cəmi 100 min turistlə başlayıb, milyonlarla turistlə bitirmişik” deyə Saakaşvili bildirib.

2017-ci ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Ukrayna tərəfinin iddiasına görə, Saakaşvili pasport şöbəsinə sənədlərini verən zaman düzgün məlumatlar təqdim etməyib, Gürcüstanda məhkumluğu ilə bağlı faktı gizlədib.

Saakaşvili sonradan məhkəməyə şikayət etsə də, onun ərizəsinə indiyə kimi baxılmayıb.

Elgün


Comments are closed.