Saatlı təhsilində rəzalət

41

 

Məktəb direktorları kompyüterləri belə satırlar

“Saatlı təhsilində vəziyyət hər keçən gün pisləşir”. Bu məlumatları redaksiyamızın elektron ünvanına  Saatlı rayonundan olan təhsil işçisi tərəfindən göndərilib. Özünün təhsil işçisi olduğunu yazan şəxs iddia edir ki, Saatlıda təhsil müəissəsilərində işləyən direktorlar artıq məktəbə özlərinin şəxsi mülkü kimi baxırlar ki, bunun da səbəbi hər ay yerli təhsil şöbəsinə verilən pullardan başqa tez- tez onlardan pul istənilməsidir. Bizə ünvanlanan məlumatda iddia edilir ki, bu yaxınlarda hətta ATV kanalı təhsillə bağlı Saatlıdan reportaj hazırlayıb.
“(TQDK-nin açıqladığı imtahanda 2 alan şagirdlərin sayı barədə) O zaman şöbə müdiri hər direktordan 150 manat pul tələb etmişdi. Onlardan tələb olunan pulu vermək üçün direktorlar məktəbi talayırlar. Stol-stuldan tutmuş kompüter, yanacaq pulunacan yığırlar. Hətta xadimələrin puluna belə göz dikirlər. Bundan başqa Saatlıda əksər məktəblərdə sinif otaqlarında soyuq olduğuna görə 4 saat dərs tədris olunur”.
Məlumatı redaksiyamıza göndərən şəxsin iddiasına görə, Qara Nuru orta və umumi orta, Sarıcalar orta, Genişənd ümumi orta, Əliabad umumi orta məktəblərində vəziyyət məhz belədir.
“Buna səbəb yanacaq pulunun direktorlar tərəfindən yeyilməsidir. Ən biabırçı vəziyyət isə Məmmədabad kənd tam orta məktəbindədir, hansı ki, bir vaxtlar şagird qəbuluna görə rayonda 1-ci yeri tuturdu. Lakin V.Bayramov həmin məktəbə direktor gələndən sonra məktəb xarabazarlığa cevrilib. 3 ildir 1 dənə qəbulu yoxdur. Məktəbin həyəti natəmizlik, üfunət mənbəyidir. Buna səbəb məktəbdə xidmətçinin olmamasıdır. Əslində xidmətçi var, amma məktəbin qapısını tanımr. Hamısının pulunu direktor alır. Gündüz gözətçisi Cəfərova Rəşidə, gecə gözətçisi Bayramova Xəyalə, dalandar Nuriyev Natiq (yoxlaya bilərsiniz), 12 xidmətçisi olan məktəbdə xidmətçi tapılmır ki, təmizlik işləri aparılsın. Direktorun dediyinə görə, onu bu vəzifəyə icra başçısı Siracəddin Cabbarov qoyub və bu səbəbdən ona hec kim hec nə edə bilməz. V. Bayramov öz davranışı ilə müəllim və şagirdləri artıq təngə gətirib. Onsuz da mədəniyyəti aşağı olan bir adam 2 dəfə iflic keçirdiyi üçün lap ağlını itirib. O, hətta məktəbə verilən kompüterləri belə satmaqdan çəkinməyib”.

Redaksiyadan: Bizə ünvanlanan bu məlumatda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.