Saatlıda “işıq dirəkləri biznesi”

 

78

Korrupsiyanın özünə əlverişli mühit tapdığı məkanlardan biri də saatlı rayonudur. Xatırladaq ki, saatlı rayonundakı acınacaqlı durumla bağlı ölkə mətbuatında yüzlərlə məqalə dərc olunub. XALQ.AZ əməkdaşlarının bu günlərdə adıçəkilən rayondan əldə etdikləri faktlar isə durumun həqiqətən də acınacaqlı olmasından xəbər verir. Dinamik inkişafda olan digər rayonlarımızla müqayisədə olduqca miskin görkəmdə olan Saatlıda məmur özbaşınalığı, yerli sahibkarların incidilməsi və bu kimi digər neqativ hallar adi hal alıb. Rayonun icra başçısı Siraqəddin Cabbarov isə öz işindədir. Başqa sözlə, icra başçısı daha nələrdən pul çıxara biləcəyi istiqamətində yeni “kəşflərə” imza atır. Onun ən yeni “icadı” isə rayon küçələrindəki işıq dirəkləri ilə bağlı olub. Təqdim etdiyimiz fotodan da gördüyünüz kimi, Saatlıda işıq dirəklərinin yenilənməsi prosesi həyata keçirilir. İlk baxışdan bu normal görünür, amma… Amması budur ki, icra başçısının göstərişi ilə dəyişdirilən işıq dirəkləri cəmi 5 ay bundan öncə yenilənmişdi. Məlumat üçün bildirək ki, dəyişdirilən işıq dirəklərinin hər biri 27300 manat dəyərindədir. O zaman təkcə bu “dirək əməliyyatı”ndan Siraqəddin Cabbarovun nə qədər qazanacağını özünüz təxmin edin.

 

Qarçi tərəfində mövqeyini dərc etməyə hazırıq

 

43