Saatlıda Quba variantı təkrarlana bilər

Siraqəddin Cabbarovun buraxdığı ciddi səhvlər rayonu qarışdıracaqmış,icra başçısına sonuncu xəbərdarlığ olunub.

 

97

 

Bu barəbə Xalq.az-a verilən məlumatlarda deyilir ki, Siraqəddin Cabbarova edilən xəbərdarlığa səbəb rayonda yaratdığı mənfi mühit və bir sıra problemli vəziyyətdir.Mənbənin iddiasına görə, hələ seçkidən əvvəl rayonda bir sıra problemlərin əsasını qoyan Siraqəddin Cabbarov onların əlində qalıb. Bu barədə Prezident Admnistrasiyasına edilən müraciətlərdən dolayı ali instansiya məsələni araşdırmalı olub. Seçkilərdən sonraya təsadüf edən bu araşdırmalardan sonra məlum olub ki, icra başçısının buraxdığı ciddi səhvlər az qala Quba effekti yaradacaqmış. Xoşbəxtlikdən Saatlı əhli hakimiyyətə sədaqətli olaraq, bu cür təxribatlara baş vurmayıb. Mənbə deyir ki, Saatlının icra başçısına çox qısa vaxt verilib. Ondan tələb olunub ki, yaratdığı problemləri həmin müddət ərzində yoluna qoysun. Əks təqdirdə, işində buraxdığı nöqsanlara görə işdən azad olunacaq. Mənbə bildiri ki, Administrasiyaya  Saatlıdan saysız-hesabsız şikayət məktubları daxil olub. Şikayət məktublarında yerli icra hakimiyyətinin nümayəndələri kənd sakinlərinin problemlərinə  biganə yanaşmalarından və bir sıra problemlərin həll olunmasını istəyirlər. İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun qəbulunada düşə bilmirlər . Belə ki,kiçik bir məsələnin həllində belə maraqlı olmayan icra nümayəndələri bu problemin həlli istiqamətində heş bir tədbir görülmür.