Saatlıda şəhidlərə hörmətsizlik

84

 

İcra başçısı boş torpağları satışa çıxarıb, rayonun Şəhidlər Xiyabanı ilə üz-üzə şadlıq sarayı tikilib 

Azərbaycanda bineyi qədimdən həmişə qəbristanlıq, məzarlıq yanından keçəndə insanlarımız hörmət əlaməti olaraq susqun dayanıblar. Dünyasını dəyişənlərə və onların ailə üzvlərinə, hətta tanımasalar belə həmişə ehtiram xatirinə bu addımı atıblar. Amma müasir Azərbaycanda icra başçıları pul xatirinə bu dəyərləri də yerdən yerə vurmaqda davam edirlər.  Saatlı rayonunda artıq bu dəyərlərə hörmətsizliyin bariz nümunəsi ortaya çıxıb. Məlumatlara görə, rayonun icra başçısı Siraqəddin Cabbarov pul qazanmaq xatirinə Şəhidlər Xiyabanı ilə üzbəüz ərazini yerli iş adamlarından birinə satıb. Həmin iş adamı da heç nəyin fərqinə varmadan elə Şəhidlər Xiyabanı ilə üzzüə şadlıq sarayı inşa etdirib və istifadəyə verib. Rayonun girəcəyində fəaliyyət göstərən Şadlıq Sarayında hər gün toy-bayramdır. Və yerli əhali də bunu özünə qarşı hörmətsizlik kimi qəbul edir. Məsələ dəfələrlə rəsmi qurumların qarşısında qaldırılsa da, bir nəticə hasil olmayıb. Səbəb isə icra başçısının bu işə qol qoyması və razılıq verməsi göstərilir.Jam.az

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.