Saatlıda torpağ biznesi

96

 

 

Siraqəddin Cabbarov nə qədər boş ərazi varsa satılmasına göstəriş verib

 

Başçının fəaliyyətinindən şikayətçi sakinlərin sözlərinə görə, Siraqəddin Cabbarov fəaliyyəti dövründə Saatlıda nə qədər boş torpaq sahəsi varsa, hamısı satıb. Etiraf etməliyik ki, bu gün bəzi rayonlara icra başçısı göndərilən şəxslər rəhbərlik edəcəkləri rayonlardakı problemlərlə tanış olmaq, onların həlli yolları barədə fikirləşmək, vətəndaşlara daha yaxından kömək etmək əvəzinə, biznes planları qururlar, müxtəlif yollara əl ataraq pul qazanmağın üsullarını öyrənirlər.

Təbii ki, bu metodla işləyən icra başçılarından çox keçmir ki, müvafiq qurumlara şikayət edilir. Bəzən aidiyyəti orqanlar vətəndaşların şikayətlərini araşdırılandan sonra öz həllini tapır.  Son illər prezidentin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə diqqəti artırıb. Təsadüfi deyil ki, dövlət büdcəsindən müxtəlif rayonların abadlaşdırılması üçün vəsaitlər ayrılır, sərmayələr yatırılır. Prezidentin diqqət mərkəzində saxladığı, inkişaf etməsini istədiyi rayonlardan biri də Saatlıdır. Xatırladaq ki,Saatlıda sosial-iqtisadi inkişafının sürətləndirilməsinə büdcədən bir neçə milyon manat ayrılıb. Belə ki, rayonda görülən işlər ancaq  kağız üzərində hesabat xarakter daşıyıb. Əsas problemlər isə olduğu kimi qalıb.  Rayonda təmir olunan obyektlər isə ucuz tikinti materiallarından istifadə edilib, bu da göz örtmək kimi bildirilir.  Qeyd edək ki, rayona ayrılan vəsaitlərin nəzərdə tutulan işlərə sərf olunmamasında təqsiri olan şəxslərdən biri də icra başçısı Siraqəddin Cabbarovdur. Rayon rəhbəri öz nüfüzundan istifadə edərək  müyyən işləri sahibkarlara və dövlət idarələrinin rəhbərlərinə gördürüb. Rayon sakinlərindən aldığımız bilgilərə görə, prezidentin rayona səfərindən sonra başçı özbaşınalıqlarını lap artırıb: «Ucar yalnız kosmetik işlər görülüb. İcra hakimi ölkə başçısına da məhz rayonun mərkəzi yerlərini göstərdi. Kəndlərdə və rayon mərkəzindən aralıda yerləşən yaşayış sahələrində vəziyyət dözülməzdir. Yollar yaman gündədir, kommunal problemlər əhalini boğaza yığıb. İcra başçısı heç bir vətəndaşın problemi ilə maraqlanmır. Özünü və biznesini fikirləşir. Rayon camaatı onun haqqında dəfələrlə şikayət edib. Buna baxmayaraq, hələ də vəzifəsində qalır. Məmur o qədər özbaşınalıq edir ki, artıq buna tap gətirmək mümkün deyil. Başçıdan şikayət edən rayon sakinləri sözlərinə görə, Siraqəddin Cabbarov  fəaliyyəti dövründə Saatlıda nə qədər boş torpaq varsa, hamısı satılıb: «Rayonda elə adam yoxdur ki, başçının torpaq satışı ilə məşğul olduğunu bilməsin. Şikayətçilərin sözlərindən məlum olur ki, Siraqəddin Cabbarovun  rayon əhalisinə  yuxarıdan aşağı baxması bəzi məmurlara da təsir edib: «Rayonda fəaliyyət göstərən bəzi idarə və müəssisələrin rəhbərləri bizə kobud münasibət göstərirlər.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq