Sabah ANS-lə bağlı qərar veriləcək

Sabah Milli Televiziya və Radio Şurasının növbəti iclası keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, iclasda “ANS” Müstəqil Yayım və Media Şirkətinin və “Xəzər TV” MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılması nəzərdə tutulur. 

77

Məlumat üçün bildirək ki,  “ANS” Müstəqil Yayım və Media Şirkətinin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 27 aprel 2013-cü il tarixdə,  “Xəzər TV” MMC-nin isə televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 14 sentyabr 2013-cü il tarixdə başa çatmışdır.  Milli Televiziya və Radio Şurasının 11 aprel 2013-cü il tarixli 03/2 saylı qərarına əsasən Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və  xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması müvəqqəti olaraq təxirə salınmış, xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə Milli Televiziya və Radio Şurasına müraciət etmiş teleradio yayımçılarının fəaliyyətinin isə xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılanadək davam etdirilməsi qərara alınıb.

Milli Televiziya və Radio Şurasının 04 noyabr 2013-cü il tarixdə keçiriləcək iclasında isə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 17 aprel 2013-cü il tarixdə bitmiş “SKY MAX” MMC-nin, “Baku and Boston TV Communication” MMC-nin, “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”nın və televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 07 sentyabr 2013-cü il tarixdə bitmiş “CTV” MMC-nin müraciətlərinə baxılacaq.


Comments are closed.