Gürcüstanda prezident seçkiləridir

02

Gürcüstan prezident seçkisi astanasındadır. Gürcü xalqı Mixeil Saakaşvilinin kürsüsündə oturacaq şəxsi seçəcək. Bu kürsü uğrunda bir çox adam mübarizə aparacaq. Bu seçki həm də ölkədə marağı olan bir çox siyasi güclərin də mübarizə meydanına çevriləcək.

ANS TV-nin məlumatına görə, Gürcüstandan keçirilən prezident seçkilərinə artıq strat verilib . Aparılan son rəy sorğularına əsasən, bu seçkilərdə rekord həddə seçicinin iştirak edəcəyi deyilir.Ölkənin birinci şəxsinin seçim prosesində iştirak etmək üçün 88% seçicinin məntəqələrə geləcəyi gözlənilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə təxminən 3 milyon 600 min səsvermə hüququna sahib insan yaşayır. Hazırkı prezident Mixeil Saakaşvilinin namizədliyini irəli sürə bilməyəcəyi seçkilərdə, ümumilikdə 23 namizəd mübarizə aparacaq. Mübarizənin əsasən onlardan 3 nəfərinin – Georgi Marqvelaşvili, David Bakradze və Nino Burcanadze arasında gedəcəyi proqnozlaşdırılır.