Sabah Milli Məclisdə 24 məsələ müzakirə olunacaq

Martın 6-da Milli Məclisin növbəti iclası keçiriləcək.

XALQ .AZ xəbər verir ki, iclasın gündəliyinə 24 məsələ daxil edilib.

İclasda müzakirə olunacaq məsələlər isə bunlardır:

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi; “Azərbaycan Respublikası Milli Məclisin Deputatının statusu haqqında” qanuna dəyişiklik; Seçki Məcəlləsinə dəyişiklik; İnzibati Xətalar Məcəlləsinə dəyişiklik; Cinayət Məcəlləsinə dəyişiklik; “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik; “Fövqəladə hallar orqanlarında xidməkeçmə haqqında” qanuna dəyişiklik; “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə dəyişiklik; “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik; “Yaşayış minimumu haqqında” qanuna dəyişiklik; “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik; “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik; “Sosial sığorta haqqında” qanuna dəyişiklik; “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik; “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik; “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik; Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında Azərbaycan Respublikasının qanun layihəsi; Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik; “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik; Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik; “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda; “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik; İnzibati Xətalar Məcəlləsinə dəyişiklik.

RƏSUL