Sabah Milli Məclisin plenar iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

XALQ.AZ xəbər verir ki, iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Standartlaşdırma haqqında”, “Lisenziyalar və icazələr haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mülki məcəllələrə dəyişiklik layihələridir.