Sabahdan yalnız bu taksilər işləyə biləcək

Bu gün təkcə Bakı şəhərində təxminən 30 minə yaxın taksi fəaliyyəti ilə məşğul olan şəxs var. Bunların da hamısına icazə verilə bilməz. Bunların sayının məhdudlaşdırılması və minumuma endirilməsi ilə bağlı həm Bakı Nəqliyyat Agentliyinə, həm də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət olunub.

XALQ.AZ xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

“Bakı Nəqliyyat Agentliyindən yəqin ki, hansı taksilərə fəaliyyət göstərməyə icazə veriləcəyi bir neçə günə bilinəcək. Bildiyim qədər fərqlənmə nişanları olan insanların sayı çoxdur. Onu da nəzərə alaq ki, taksi fəaliyyəti ilə məşğul olmaq çox risklidir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, Bakı şəhər istisna olmaqla, respublika ərazisində fərqlənmə nişanı olan 4 minə yaxın taksi var.

Fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxs karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb ediləcəklər. Həmin sürücülər 100 manatdan 200 manatadək cərimə ediləcəklər” – K.Əliyev bildirib.