“Şaban”ın oğlu ata olacaq – Fotolar

Türk kinosunun kralı, Şaban obrazı ilə yaddaşlarda qalan  mərhum aktyor  Kamal Sunalın oğlu aktyor Ali Sunal ata olacaq. Onunla ailə quran azərbaycanlı hüquqşünas Nazlı Qurbanzadə iki ay sonra övlad dünyaya gətirəcək. Belə ki, cütlük körpə barədə yayılan xəbərlərdən sonra ilk dəfə görüntüləniblər. 

Bodrumda istirahət edən Ali və Nazlı paparassilərə tuş gəliblər.

XALQ.AZ xəbər verir ki, Türkiyə KİV-lərində yayılan məlumata əsasən, Nazlı 7 aylıq hamilədir.

Qeyd edək ki, A. Sunalın ata olacağı barədə bir müddət bundan əvvəl məlumatlar yayılsa da, o, xəbəri nə təsdiq, nə də təkzib etmişdi.

Yeganə