Sabina ona sataşan aşığa görün nələr dedi – Video

Son zamanlar şou aləminə bomba kimi düşən, yeni 70 minlik “Bu gün” klipi ilə at oynadan, haqsızlığa susmayan Sabina Selcandan xəbər var. Belə ki, ifaçı rəfiqəsi Şəbnəm Tovuzlunun ad günündə məclisə sonradan daxil olub və hər kəslə salamlaşan Sabina Aşıq Namiqə də salam verib. Namiq isə xanım ifaçının əlini sıxıb və əlinin içinə nəisə hərəkət edib. Bunu tərbiyəsizlik adlandıran Sabina Selcan susmayıb və aşığa video görüntüdə görəcəksiz, nələr deyib:

“Aşıq Namiq eşitmişəm hər kəsə hədə qorxu gəlirsən və ya pul gücünə bu videonu sildirirsən, amma nahaq. Sənin qabağında uşaq yoxdu. Qadınları aşağılamaq olmaz. Mən mədəniyyət xatirinə məclisə sonradan daxil oldum sənə də əl uzadıb,salam verdim. Əl hərəkəti etmək sənin tərbiyəsizliyindir. Mən buna susmadım. Etiraz etdim ki, yerini biləsən. Deyirsən Sabina mənlə reklam olur, ay kişi, sən Faiq Ağayevsən, Röyasan ya bəlkə bilmirəm Aygün Kazımovasan ? Özün orada jurnalistlərə deyirsən niyə məndən yazmırsız ? Amma mənim elə problemim yox şükür Allaha. Bir az da əsəbləşdirsən yumacam gözümü açacam ağzımı. Unutma, qarşında gücsüz qadın yoxdu əzib keçəsən, əlimin içini qıdıqladığın o əlini sındırıb ayağının altına atarlar. Ağıllı ol !”. Aşıq Namiq isə cavabında : ” Sən mənlə reklam olursan, sən mənim səviyyəmdə deyilsən ki, cavab verim” deyib.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.