Sabina Perfumery & Cosmetics vaxtı keçmiş mallarını alıcılara hədiyyə kimi verir

XALQ.AZ xəbər verir ki, B Əliyeva  soyadlı xanım feysbukda  şəxsi səhifəsində  etdiyi  paylaşımda Sabina Perfumery & Cosmetics şirkəti  ilə bağlı ittiham səsləndirib.Paylaşım çoxsaylı feysbuk istifaədçiləri tərəfindən müzakirə olunub və əksəriyyət də şərhlərində  Sabina Perfumery & Cosmetics haqda tənqidi fikirlər bildiriblər.

İstifadəçilər paylaşımın haqlı  olduğunu, bəziləri isə adıçəkilən şirkətin məhsullarını alarkən oxşar hallarla   rastlaşdığını  yazıblar.Bir çoxları Sabina Perfumery & Cosmetics-in istehlakçıları aldatdığını və mallarını alıcılara sırıdığını bildiriblər. Şərh yazanlar arasında  məhsulu qaytarmağı məsləhəT verənlər və bu şirkətin məhsullarını almamağı tövsiyyə edənlər də olub.

Şikayətçinin yazdığı statusu və paylaşdığı şəkilləri olduğu kimi təqdim edirik:

“Mənim şikayətim Sabina Perfumery & Cosmetics şirkətindəndir. 5-ci gun Sabina Perfumery & Cosmetics-in dükanından  alış-veriş etdim. Kassada mənə kremi hədiyyə kimi verdilər.Məlum oldu ki, kremdən son istifadə tarixi keçib. Vaxti kecmiş mallarını tullamaga deyəsən heyifleri gəlir deyə camaata hədiyyə kimi verirler. Ayıb olsun”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

TİA.AZ 

  

 

Orxan


Comments are closed.