Onlardan silah aşkar olundu

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zalqarağac kənd sakinləri İsmayıl Baxşəliyevin və Pərvər Məmmədovun yaşadıqları evlərə baxış zamanı müvafiq sənədləri olmayan “Tula” və “TОZ-16” markalı ov tüfəngləri götürülüb.

Bu barədə  XALQ.AZ -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa NBPİ–nin əməkdaşları tərəfindən Masallı rayon sakini Tarverdi Tağıyevdən də müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.