Sabirabadda yol qəzası, 4 nəfər xəsarət aldı

Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
XALQ.AZ xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini, 1975-ci il təvəllüdlü Heydərov Səbri Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1989-cu il təvəllüdlü İmişli rayon sakini Paşayev Bəşir Azər oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü, avtomobildə olan sərnişinlər – İmişli rayon sakinləri – 1987-ci il təvəllüdlü Həşimov Vüqar Radif oğlu və 1968-ci il təvəllüdlü Əliyev Daşqın Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Yeganə